Neftdən sevindirən xəbər

10 Aprel, 2018 11:35 | İqtisadiyyat | Baxış sayı: 129
Neft
Neft

"Qara qızıl" bahalaşıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,21 dollar artıb. İndi bu markadan olan "qara qızıl" 70,34 dollara staılır. 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar bahalaşaraq 69,06 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,42 dollar artaraq 63,84 dollar təşkil edib.