Neft dünyanı sevindirdi

10 Mart, 2020 09:38 | İqtisadiyyat | Baxış sayı: 187
Neft
Neft

Qiymət 31 dollardan 35 kimi yüksəldi

Həftəsonu qeydə alınan kəskin ucuzlaşmadan sonra neftin qiymətində cüzi artım müşahidə edilib. 

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,91 dollar artaraq 37,27 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 2,47 dollar bahalaşaraq 33,60 dollar təşkil edib.

Xatırladaq ki, ötən gün "qara qızıl"ın qiyməti 31 dollara kimi düşmüşdü. Bu 2016-cı ildən bu yana qeydə alınan ən aşağı hədd idi.

Ucuzlaşmaya səbəb isə Vyanada OPEC-ə üzv və qeyri-OPEC ölkələri nazirlərinin görüşünün nəticəsiz başa çatması, koronavirusun dünyada yayılması göstərilirdi. 

OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Lakin, Rusiya və Qazaxıstan bu təklifə qarşı çıxıb.