Burada çalışanların da maaşı artırıldı

10 Mart, 2018 08:28 | İqtisadiyyat | Baxış sayı: 701
Azərbaycan manatı
Azərbaycan manatı

Prezidentdən yeni sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb. 

Dövlət başçısının digər sərəncamı ilə Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılır. 

Bundan başqa dövlət başçısı Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarını artırıb. Artım 10 faizdir.