İstanbulda çökən binanın tikintisində dəniz qumundan istifadə olunub

10 Fevral, 2019 17:48 | İqtisadiyyat | Baxış sayı: 120
Çökən bina - Kartal, İstanbul
Çökən bina - Kartal, İstanbul

Binaların tikintisində armaturdan yox, dəmir çubuqlardan istifadə olunub

İstanbulun Kartal rayonunda fevralın 6-da çökən binanın təməl betonunda çınqıl və dəniz qumuna rast gəlinib. 

İstiPress "Haberler"ə istinadən bildirir ki, bunu Türkiyə eklogiya və şəhərsalma naziri Murat Kurum bildirib. Onun sözlərinə görə, binaların tikintisində armaturdan yox, dəmir çubuqlardan istifadə olunub. 

Çökən binanın ətrafındakı 10 binanın sakinləri də təxliyə olunub. Həmin binaların da tikintisində dəniz qumundan istifadə edildiyi ehtimal olunur.

Araşdırma davam edir.