Son bahalaşma 5 ilin rekordudur
Dekabr ayında dünyada istehlak nallarının qiyməti artıb. Bu artım üçüncü aydır ki, davam edir. Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatından (FAO) verilən məlumata görə, artım indeksi son beş ildə ən yüksək həddə çatıb.
Artım ötən il 2018-ci illə müqayisədə 1,8 faiz daha yüksək olub.
Ən çox bahalaşma bitki yağının qiymətindədir - 9,4 faiz. Şəkərdə artım indeksi 4,8 faizdir. Süd məhsullarında bu rəqəm 3,3, dənli bitkilərdə 1,4 qeydə alınıb.