Rusiya Ermənistanın pulunu kəsir

10 Yanvar, 2019 12:22 | İqtisadiyyat | Baxış sayı: 131
Rubl və dollar
Rubl və dollar

Qaz qiymətini artıran "Qazprom" indi də sərmayəni azaldır

Rusiyanın “Qazprom” şirkəti Ermənistana sərmayənin həcmini əhəmiyyətli dərəcədə azaldıb. "Yeni hökumətin Rusiyanın törəmə şirkətinə qarşı kəskin və qəfil addımlar atdığı bir şəraitdə bunun hiss edilmədən baş verəcəyini gözləmək qəribə olardı". Moskvalı ekspertlər belə düşünürlər.

“Qazprom” erməni istehlakçıları qala təmin edən əsas mənbədir. İrəvan İrandan da qaz alır. Amma bu ancaq Tehrana verilən elektrik enerjisi istehsalına yönəldirilir.

Ermənistanda Rusiya şirkətləri ilə vəziyyətin pisləşməsi Nikol Paşinyanın inqilabından dərhal sonra başlayıb. “Qazprom” buna Ermənistana satdığı qazın qiymətini 10 faiz artırmaqla reaksiya verdi.

Ən əsas məsələ isə sərmayənin azaldılması və ya tamamailə kəsilməsidir. Söhbət milyonlarla dollardan gedir. Ermənistanda düşünürlər ki, əgər Rusiya belə addım atarsa ölkə iqtisadiyyatına güclü zərbə dəyəcək.

Vardan Bostuncan adlı məşhur iqtisadçı isə artıq mətbuata bildirib ki, yaxın vaxtda ərzaq və digər məhsulların qiymətinin artacaq. O, deyir ki, hakimiyyət xalqı aldadır.

Xatırladaq ki, Paşinyan bildirib ki, ölkə vətəndaşları Rusiyanın qaz qiymətini artırmasını hiss etməyəcəklər.