Gələcəyin ən yaxşı və pis işləri

10 Yanvar, 2019 10:05 | İqtisadiyyat | Baxış sayı: 106
İş
İş

800-ə yaxın peşənin analizindən sonra bu siyahı hazırlanıb

Elm, texnikanın yenilənməsi uzun illər minlərlə insanın qazanc qapısı olan iş yerlərinin də tükənməsinə yol açır. Dünya İqtisadi Forumu mütəxəssislərinin araşdırmasına görə, 2022-ci ildə 133 milyon yeni iş yeri yaranacaq. Minlərlə köhnə peşə isə tarixə qovuşacaq. Bu isə ən azı 75 milyon iş yeri itkisi deməkdir.

Mərkəzi Vaşinqtonda olan araşdırma şirkətlərindən biri - "Kiplinger" mütəxəssisləri  800-ə yaxın populyar peşəni analiz ediblər. Bu sayədə onlar gələcəyin ən yaxşı və pis peşələrini müəyyən etməyə çalışıblar. 

Ən yaxşı işlər sırasında ilk yeri fizioterapiya mütəxəssisləri tutur. İllər ötsə, texnika yenilənsə belə bu mütəxəssislərin işinə ehtiyac hər zaman olacaq. Ümumiyyətlə tibblə bağlı olan ixtisaslar öz aktuallıqlarını qoruyacalar. Bunların arasında həkim, tibb bacısı da var.

Gələcək üçün ən yaxşı seçimlərdən biri də informasiya texnologiyaları, informasiyanın təhlükəsizliyi üzrə mütəxəssislərdir. 

Bazar analitikləri, maliyyəçilər də uzun illər yaxşı gəlir gətirən sahlər olacaq.

Gələcəyin ən pis peşələri sırasına isə telefon operatorluğu, gündəlik iş, reklam bannerləri quraşdırıcıları, saat təmirçisi daxil edilib.