Dünyanın ən varlı adamı 25 illik arvadından ayrılır

10 Yanvar, 2019 09:15 | İqtisadiyyat | Baxış sayı: 114
Ceff Bezos və həyat yoldaşı
Ceff Bezos və həyat yoldaşı

160 milyard pulları olan cütlüyün 4 övladı var

Dünyanın ən varlı adamı 25 illik həyat yoldaşından boşanır. İstiPress-in məlumatına görə, "Amazon"nun sahibi Ceff Bezos  və həyata yoldaşı Makkenzi Bezos ayrılıq qərarı veriblər. 

54 yaşlı milyarder 48 yaşlı xanımından ayrılacağını "Twitter"dən elan edib. 

"Uzun sürən bir eşq kəşfi, ayrılıq cəhdlərindən sonra boşanmağa və həyata dost olaraq davam etməyə qərar verdik. Bir-birimizi tapdığımız üçün inanaılmaz dərəcədə şanslıyıq. Evli qaldığımız hər bir il üçün minnətdar hiss edirik. 25 il sonra ayrılacağımız bilsəydik yenə də evlənərdik". 

Bezos cütlüyü 1993-cü ildə ailə qurub. Onların bu evlilikdən 4 övladları var. "Forbes" ötən ilin oktyabr ayında Ceff Bezosu 160 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı adamı elan edib. 

Boşanmadan sonra Makkenzi Bezos planetin ən varlı qadını ola bilər. Ekspertlər isə güman edirlər ki, tərəflər arasında bölgü bərabər aparılacaq. Beləcə Makkenzi 80 milyard dollara yaxın pul alacaq.