Neft üzləri güldürdü

10 Yanvar, 2018 09:36 | İqtisadiyyat | Baxış sayı: 243
Neftçi
Neftçi

"Qara qızıl"ın qiyməti rekord vurur

Neftin qiyməti son 3 illik rekordunu yeniləməyə davam edir. İStiPress-in məlaumatına görə, bir necə günlik ucuzlaşmadan sonra "qara qızıl" yenidən bahalaşamağa başlayıb.

Dünya birjalarında Brent markalı neftin 1 barelinin dəyəri 0,36 dollar və ya 0,52% artaraq 69,18 dollar olub. WTI neftinin qiyməti isə 0,52 dollar artaraq 63,48 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin dəyəri isə 70 dollarlıq həddi keçə bilib. Belə ki, bu markadan olan neftin 1 barelinin qiyməti 0,58 dollar artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 70,44 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.