Dünyanın ən varlı adamı bilindi

10 Yanvar, 2018 08:40 | İqtisadiyyat | Baxış sayı: 952
Dollar
Dollar

Onun sərvəti 100 milyard dollardan çoxdur

Dünyanın ən zəngin insanının adı açıqlanıb. İstiPress-in məlumatına görə, “Bloomberg” nəşri dünyanın ən vrlı adamlarının reytinq siyahısını tərtib edib. Bu il də siyahıya ABŞ-ın “Amazon” şirkətinin sahibi Ceff Bezos başçılıq edir. olub. С.Bezosun sərvəti 2018-ci ilin əvvəlinə 105,1 milyard dollar təşkil edir. O həmçinin “Blue Origin” özəl aerokosmik agentliyi və “The Washington Post” nəşriyyat evinin sahibidir.

Onun sərvətinin artımına səbəb "Amazon"nun səhmlərinin bahalaşması olub. Belə ki, şirkət səhmləri yeni ilin ilk günlərində 6,62 faiz artaraq bir vahidə görə 1,3 min dollar olub. 

İş adamı ilk dəfə ötən il dünyanaın ən zəngini adını qazanıb. "Forbes" onun sərvətini 90,6 milyard dollar dəyərində qiymətləndirmişdi. 

Bezons "Amazon"nu 1994-cü ildə ildə yaradıb. 2016-cı ildə şirkətin dövriyyəsi 136 milyard dollara çatıb. 

İkinci yerdə “Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (93,3 milyard dollar), üçüncü pillədə isə amerikalı sərmayəçi Uorren Baffet (87,2 mlrd. dollar) qərarlaşıb.

Dünyanın ən zəngin dördüncü adamı “Facebook”un yaradıcısı Mark Sukerberq  (77,5 mlrd. dollar) hesab edilib. İlk beşliyi 76 mlrd. dollar sərvətlə “Zara” brendinin sahibi Amansio Orteqa tamamlayır.   

 Ceff Bezos
Ceff Bezos