Azərbaycanlı iş adamının Moskvaya apardığı milyardlar

09 Noyabr, 2017 15:02 | İqtisadiyyat | Baxış sayı: 1810
ABŞ dolları
ABŞ dolları

Bakı bazarını tərk edən pulların izi ilə

“Akkord” tikinti-sənaye korporasiyasının keçmiş icraçı direktoru İlqar Hacıyev Moskvada "Piroqovskaya Rivyera" yaşayış kompleksinin tək sahibinə çevrildi.

İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İlqar Hacıyev özü Moskvada jurnalistlərə bildirib.

Moskva vilayətinin Mıtişi rayonunda yerləşən "Piroqovskaya Rivyera" yaşayış kompleksini “Rezidential Group” şirkəti tərk edib.

Haсıyev bildirib ki, artıq kompleksdə 80 min kvadratmetr tikilib, infrastrukturla birlikdə təxminən 400 min kvadratmetr tikilməsi də nəzərdə tutulur. O, işlərin 2022-ci ildə başa çatacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, SDI artıq layihəyə üç milyard rubl (50,6 milyon dollar) yatırıb.

"Piroqovskaya Rivyera" yaşayış kompleksi
"Piroqovskaya Rivyera" yaşayış kompleksi

İlqar Hacıyevin sahibi olduğu SDİ Group şirkəti həm də Moskvanın Vernadsk prospektində iki göydələnin tikintisinə hazırlaşır.

Biznesmen bildirib ki, hazırda göydələnlərin tikintisi ilə əlaqəli sənədlərin tərtib olunması prosesi gedir. Göydələnlərin hündürlüyü 120 metr olacaq, tikinti təxminən üç ay sonra başlayacaq və 3 il sonra başa çatdırılacaq. Biznesmenin sözlərinə görə, tikintiyə 5 milyard rubl (84,4 milyoan dollar) sərmayə qoyulacaq.

İ.Hacıyev Azərbaycanın “Akkord” tikinti-sənaye korporasiyasındakı payını digər ortaqlarına sataraq əsas fəaliyyətini Rusiyaya keçirib. Onun Rusiyada qurduğu SDİ Group şirkəti 2014-cü ildən fəaliyyətdədir, fəaliyyət sahəsi mənzil və yol tikintisi, tikinti materiallarının və hazır konstruksiyalaın istehsalıdır.