Azərbaycanda bu şəxslərin də maaşı artdı - 890 manat

09 Oktyabr, 2019 08:54 | İqtisadiyyat | Baxış sayı: 416
Manat
Manat

Nazirlər Kabineti qərar qəbul edib

Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin maaşları artırılıb. Nazirlər Kabinetinin “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərarda dəyişiklik edilib.

Dəyişikliyə əsasən maaşlar 890 manata qədər artırılıb. Bundan öncə onların əmək haqqları 594 manat idi.

Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.