Rusiyadan qorxudan ssenari

09 Oktyabr, 2018 11:25 | İqtisadiyyat | Baxış sayı: 131
Neft
Neft

Neftin qiyməti iki dəfəyə qədər azala bilər

Yaxın üç ildə neftin qiyməti indikindən 2 dəfə aşağı düşə bilər. Rusiya Bankı özünün risk ssenarisində belə qeyd edib. Məlumata görə, hazırda qiyməti 84 dolları ötən "qara qızıl"ın 35 dollara kimi ucuzlaşması istisna edilmir. 

Bunu qurumun sədrinin I müavini Kseniya Yudayeva 2019-2021-ci illərin büdcə layihəsinin parlamentdəki dinlənməsi zamanı bildirib. Proqnozlar sanksiyaların saxlanması nəzərə alınmaqla hazırlanıb.

Xatırladaq ki, dünya birjalarında neftin qiyməti bahalaşmağa davam edir. “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar artaraq 84,32 dollar, “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,35 dollar bahalaşaraq 74,64 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,5 dollar azalaraq 85,28 dollar təşkil edib.