Bu sahədə işləyənlərin maaşı artırıldı QƏRAR

09 Avqust, 2019 11:16 | İqtisadiyyat | Baxış sayı: 786
Azərbaycan manatı
Azərbaycan manatı

Artırılan məbləğlər olan cədvəli Nazirlər Kabineti təsdiqləyib

Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi və “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” qərardakı dəyişiklikləri təqsdiqləyib. 

Dəyişiklik “Minimum aylıq əməkhaqqının artırılması haqqında” prezidentin sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə edilib. 

Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə də qərar verib.

Artırılan məbləğlər yeni redaksiyada təsdiqlənib.

Qeyd edək ki, qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Bundan başqa dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilib.