Ermənilər çirkabdan çıxır?

09 Avqust, 2017 11:20 | İqtisadiyyat | Baxış sayı: 79
Çörək
Çörək

Maşınlardan sanitar pasport tələb ediləcək

Bu ilin 1 noyabrından ermənilərin canı çirkli maşınlarda daşınan qidalarla qidalanmaqdan xilas olacaq. Amma ancaq paytaxt İrəvanda yaşayanların. İstiPress-in məlumatına görə, ət və çörək məmulatlarının sanitar pasportu olmayan maşınlarda daşınmasına qoyulan qadağa qüvvəyə minir.

Bu barədə qida təhlükəsizliyinə nəzarət xidmətinin rəhbəri Vaqe Danielyan bildirib. Bununla yanaşı ancaq maşınların yox, həm də mal qəbul edən mağazaların da yoxlanması həyata keçiriləcək. 

Ermənistanın regionları isə hələlik çirkab içərisində daşınan qidalarla qidalanmağa davam edəcəklər. Onlar üçün bu qadağanın hələ gələn il qüvvəyə minəcəyi ehtimal edilir. Əgər o zamana kimi regionlarda əhali ağır şəraitdən, işsizlikdən bezib qaçmasa... 

Hələlik isə bu ölkədə çirk pas içində yeməklərin daşımaq olar.