Azərbaycanlılar bu ölkəyə vizasız gedəcək

09 Avqust, 2017 17:12 | İqtisadiyyat | Baxış sayı: 514
Viza
Viza

Tarixi bir dəyişiklik baş verib

Qətər, 80 ölkənin vətəndaşlarını viza almaqdan azad edib. İstiPress xəbər verir ki, Qətər Turizm Şurası, Qətər Hava Yolları və Daxili İşlər Nazirliyi rəsmiləri paytaxt Dohada birgə mətbuat konfransı keçirib.

İclasda danışan Turizm Şurasının  sədri Həsən Əl-İbrahimi, Qətər rəhbərliyinin, 80 ölkə üçün vizanı ləğv edərək turizm sahəsində tarixi bir dəyişiklik həyata keçirdiyini söyləyib.

Vizanın ləğv edildiyi ölkələrin vətəndaşlarının Qətərə girişləri zamanı hər hansı bir məbləğ ödəməyəcəyini bildirib.

Siyahıda Azərbaycanın da adı var.