Neft Fondu Moskvadakı əmlakında zərərdən mənfəətə keçib

09 İyul, 2020 16:24 | İqtisadiyyat | Baxış sayı: 32
Gallery Actor - Moskva
Gallery Actor - Moskva

Azərbaycan Dövlət Neft Fondu 2019-cu il ərzində Moskvada “Tverskaya 16” JSC-dan 8,3 mln manat  məbləğində icarə gəliri və 4,6 mln manat məbləğində mənfəət əldə edib.

İstiPress-in məlumatına görə, bu barədə Neft Fondunun 2019-cu il üzrə auditi aparılmış Konsolidasiya Edilmiş Maliyyə Hesabatlarında qeyd edilib.

Bu məbləğlər Fondun vergidən əvvəlki xalis mənfəətinə/(zərərinə) yönəldilib.

Fondun bu investisiyadan 2018-ci il üzrə icarə gəliri 8,76 mln manat (5% az) olub, 815 min manat isə zərər edib.

Bildirilib ki, xalis mənfəətə 1,14 mln manat məbləğində ədalətli dəyər üzrə artım (2018-ci ildə 4,03 mln manat məbləğində azalma) daxildir.  

Qeyd edək ki, 2012-ci il dekabrın 21-də ARDNF “Tverskaya 16” JSC-də səsvermə səhmlərinin 100%-ni əldə edib. Onun əsas fəaliyyəti Rusiyada, Moskvanın mərkəzi biznes rayonunda yerləşən “Gallery Actor” ofis-ticarət mərkəzinin idarə edilməsidir.