Dövlət Agentliyinin bu səlahiyyəti alındı - FƏRMAN

09 İyul, 2020 15:59 | İqtisadiyyat | Baxış sayı: 59
İmza
İmza

Prezident İlham Əliyev “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

İstiPress-in məlumatına görə, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi”nin 3.1.22-ci yarımbəndi ləğv edilir.

Həmin bəndə əsasən, Agentlik avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, idarə olunması, saxlanılması, qorunması, cari, orta və əsaslı təmiri, yenidən qurulması işlərinin yerinə yetirilməsi üçün lisenziya tələb olunduqda, həmin işləri lisenziya alınmadan yerinə yetirirdi.