Çinə qorxulu xəbərdarlıq

09 May, 2019 10:27 | İqtisadiyyat | Baxış sayı: 71
Çin
Çin

Tarixin ən böyük defoltu yaşana bilər

Bu il Çinin qiymətli kağızlar bazarında tarixin ən böyük defoltu yaşana bilər. “Bloomberg” agentliyi bu barədə xəbərdarlıq edib. Agentliyin apardığı araşdırmalara görə, ilin I rübündə şirkətlər tərəfindən ölkədaxili istiqrazlar üzrə 5,8 mlrd. ABŞ dolları məbləğində dəyərləndirilən defoltun baş verdiyi bildirilib. 

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artıqdır. Builki defoltun 13 mlrd. dollara çata biləcəyi ehtimal olunur.

Agentliyin verdiyi məlumata görə, bütün bunlar şirkətlərin az maliyyə alması ilə əlaqədardır.