"Azeri Light" bahalaşdı, "Brent" düşdü

09 Aprel, 2019 11:02 | İqtisadiyyat | Baxış sayı: 62
Neft hasilatı
Neft hasilatı

Neftin qiyməti 73 dollara çatıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 71,01 dollara düşüb. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar artaraq 64,44 dollar təşkil edib.

Azərbaycan neftinin də qiyməti bahalaşır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,10 dollar artaraq 73,04 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.