Neftdən dünyanı şoka salan xəbər

09 Mart, 2020 09:25 | İqtisadiyyat | Baxış sayı: 141
Neft
Neft

"Qara qızıl"ın qiyməti 31 dollara düşdü

Dünyada hökm sürən xəstəlik, siyasi gərginliklər, OEPC + ölkələrinin razılığa gələ bilməməsi neftin qiymətinə olduqca ağır zərbə vurub. İstiPress-in məlumatına görə, "qara qızıl"ın qiyməti kəskin düşüb. Belə ki, ən son məlumata görə, "Brent” markalı neft hazırda 31, 74 dollara kimi ucuzlaşıb.

“WTI” (West Texas Intermediate) markalı neftin dəyəri isə 48,9 faiz düşüb və 27,72 dollara təklif edilir. 

Xatırladaq ki, OPEC ilin sonuna kimi neft hasilatını gündəlik 1,5 milyon barrel azaltmağı təklif edirdi. Ancaq Rusiya və Qazaxıstan buna qarşı çıxıb.

Neftin qiymətində belə kəskin ucuzlaşma son dəfə 2016-cı ildə qeydə alınmışdı.