Goldman Sachs: Neftin qiyməti 20 dollara düşəcək

09 Mart, 2020 12:04 | İqtisadiyyat | Baxış sayı: 168
Dəniz neftçiləri
Dəniz neftçiləri

Hazırda qiymət 35 dolların ətrafında dəyişir

Neftin qiyməti 20 dollara kimi düşəcək.

İstiPress-in məlumatına görə, "Goldman Sachs"ın analitikləri belə qənaətə gəliblər. Bu barədə "Bloomberg" məlumat yayıb. 

Ekspertlərin sözlərinə görə, neft bazarı üçün proqnozlar indi 2014-cü ilin noyabrından daha bədbindir. Demiena Kurvalinanın sözlərinə görə, neft bazarındakı dəyişiklik qaza da təsir edə bilər. 

Martın 9-da gecə saat 02:02-də  Brent neftinin qiyməti barel üzrə 31,44 dollara düşüb. Bu, Rusiyanın OPEK+ anlaşmasından çıxmasından dərhal sonra baş verib. Hazırda qiymət 35 dolların ətrafında dəyişir.