Prezident nazirlik işçilərini təltif etdi

09 Fevral, 2019 16:53 | İqtisadiyyat | Baxış sayı: 73
İlham Əliyev
İlham Əliyev

Medallar və fəxri adlar verilib

Vergilər Nazirliyinin bir qrup əməkdaşı təltif olunub. Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda vergi sisteminin inkişafında xüsusi xidmətlərinə görə Vergilər Nazirliyinin bir əməkdaşı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 6 nəfər 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, iki nəfər 2-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, 6 nəfər 3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı, 4 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ölkə başçısının digər sərəncamları ilə, bir nəfərə 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi, bir nəfərə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi, bir nəfərə isə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib.