Neft artıma davam edir

09 Fevral, 2019 11:13 | İqtisadiyyat | Baxış sayı: 48
Neft
Neft

Qiymət 63 dollara çatıb

Dünya birjalarında neftin qiyməti bahalaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar artaraq 62,10 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 52,72 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti ötən gün 1,38 dollar ucuzlaşaraq 63 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.