Bu gün Hacıqabulda "QAZ" zavodunun təməli atılır

09 Fevral, 2019 12:23 | İqtisadiyyat | Baxış sayı: 49
Görüş
Görüş

Bunu Oreşkin ilə görüşdə İlham Əliyev bildirib

Bu gün prezident İlham Əliyev Rusiya Federasiyasının iqtisadi İnkişaf naziri, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev bu il Samur çayı üzərində körpünün istifadəyə veriləcəyini qeyd edərək bunun hər iki ölkə vətəndaşlarının gediş-gəlişi üçün yaxşı imkanlar yaradacağına və əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyini bildirib. Dövlət başçısı bu gün Hacıqabulda “QAZ” avtomobillərinin istehsalı zavodunun təməlinin qoyulacağının əhəmiyyətini qeyd edib. 

Oreşkin də Azərbaycan-Rusiya sərhədinə səfər etdiklərini və Samur çayı üzərində körpünün inşası ilə bağlı işlərin gedişi ilə tanış olduqlarını bildirib. Qonaq bildirib ki, hazırda sərhəd boyu 3 buraxılış məntəqəsinin təkmilləşdirilməsi ilə bağlı gedən işlər nəqliyyat bağlantısının inkişafına kompleks yanaşmanın tətbiq olunduğunu göstərir.

Söhbət zamanı infrastruktur, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, birgə hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyi qeyd olundu.