Putinlə Trampın Ermənistanda gizli alveri

09 Fevral, 2018 14:54 | İqtisadiyyat | Baxış sayı: 1044
Donald Tramp və Vladimir Putin
Donald Tramp və Vladimir Putin

İrəvana axan böyük pulların əsas məqsədi

Ermənilərin dükan-bazarlardan aldıqları hər 1 dollarlıq xalq istehlak mallarının pulunun 70 senti kənardan, xüsusilə də Rusiya və Amerikadan gəlir.

İstiPress-in məlumatına görə, bunu Ermənistan statistikasını ciddi araşdırdıqda anlamaq olur. Statistikadan belə anlamaq olur ki, Ermənistanın pərakəndə ticarət dövriyyəsi elə də böyük deyil - təxminən 2,5 milyard dollar təşkil edir.

Buraya ticarət şəbəkəsində satılan hər şey - 200 min dollarlıq lüks avtomobillərdən tutmuş 1 buxanka çörəyə qədər hər şey bura daxildir. Yəni Ermənistanda yaşayan insanların qaneedici səviyyədə yaşaması üçün bu qədər pul yetərlidir və yerli KİV-lər əhalinin pərakəndə ticarətdə xərclədiyi vəsaitlərin mənbəyini axtararaq, Ermənistanı kimi yedizdirməyini müəyyən etməyə çalışıblar.

Məsələn "Joxovurd" qəzeti müəyyən edib ki, Ermənistanı Rusiya və Amerika yedizdirir. Qəzetin yazdığına görə, 2017-ci ildə fiziki şəxslər Ermənistana xaricdən $1 mlrd 756,4 mln dollar vəsait göndəriblər ki, bu pərakəndə ticarət dövriyyəsinin təxminən 70%-inə bərabərdir.

Ermənistana fərdi şəxslərin göndərdiyi pul köçürmələri (Mənbə: Ermənistan Mərkəzi Bankı)
Ermənistana fərdi şəxslərin göndərdiyi pul köçürmələri (Mənbə: Ermənistan Mərkəzi Bankı)

Qəzetin yazdığına görə, transfertlər bir il ərzində 15%-ə qədər artıb, 2016-cı ildə Ermənistana fiziki şəxslər xarijdən $1mlrd 532,8 mln. göndəribmişlər. Qəzetin yazdığına görə, əmək miqrantları ən çox Rusiyadan pul göndəriblər - $1 mlrd 64 mln. İkinci yerdə isə ABŞ gəlir - $183 mln. Hər iki ölkədə iri erməni diasporları var - Rusiyada 2,5 milyon erməni, ABŞ-da isə 1 milyona yaxın erməni yaşayır. Təbii ki, erməni əmək miqrantları üçün Rusiyaya getmək daha asandır, Ermənistan miqrasiya xidmətinin məlumatına görə, 2017-ci ildə Rusiyada Ermənistandan getmiş 607 min əmək miqrantı çalışıb.

2017-ci ildə Ermənistanda 7,7% iqtisadi artım olduğunu yada salan "Joxovurd" bunda əsas rolun Rusiya və ABŞ-a malik olduğunu bildirib. “Təsəvvür etmək çətindir ki, əgər bu pullar olmasa idi, hakimiyyət iqtisadi artımdan danışa bilərdimi?!", - deyə qəzet sual verir. Bir sözlə, "Joxovurd"un yazdığından belə çıxır ki, ermənilər güzaranlarına görə iki rəhbərə - Valdimir Putinə və Donald Trampa şükr oxumalıdırlar.