Neft bahalaşmağa başladı

09 Yanvar, 2019 11:54 | İqtisadiyyat | Baxış sayı: 49
Neft hasilatı
Neft hasilatı

Qiymət 60 dollara yaxınlaşır

Dünya birjalarında neftin qiyməti artıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,75 dollar bahalaşaraq 59,47 dollara çatıb. 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,72 dollar artaraq 50,50 dollar təşkil edib. 

“Azeri Light” neftinin bir barrelinin qiyməti 59 dollardan baha satılır. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar ucuzlaşaraq 59,63 dollar olub.