Azərbaycanın məşhur bankının səhmdarı ləğv olunur

09 Yanvar, 2019 16:52 | İqtisadiyyat | Baxış sayı: 119
Bank
Bank

Bu barədə məlumatda Vergilər Nazirliyinə istinad edilir

“Xalq Bank” ASC-nin səhmlərinin 16,15%-nə nəzarət edən “Amal Invest Group” MMC ləğv olunduğunu elan edib.

İstiPress bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, bu ünvanda həm də “PAŞA Holdinq” MMC dövlət qeydiyyatından keçib.