Azərbaycan neftinin ən yuxarı qiyməti

09 Yanvar, 2019 15:30 | İqtisadiyyat | Baxış sayı: 99
Dollar
Dollar

Barel üzrə ən aşağı qiymətdən 130 dollar yüksəkdir

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 2018-cı ildə orta qiyməti 71,64dollar/barel olub.

İstiPress-in  məlumatına görə, ötən il “Azeri Light” markalı neftin ən aşağı qiyməti dekabrın 28-də qeydə alınıb, həmin tarixdə qiymət 53,56dollar/barel olub. Qeyd edilən il üçün ən yüksək göstərici isə oktyabrın 4-də müəyyənləşib. Bu tarixdə Azərbaycan nefti beynəlxalq birjalarda 87,51dollar/barelə təklif edilib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar/barel), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar/barel) qeydə alınıb.