Neft 70 dollara doğru...

09 Yanvar, 2018 10:20 | İqtisadiyyat | Baxış sayı: 57
Neft yatağı
Neft yatağı

"Qara qızıl" yenidən bahalaşmağa başladı

Qısa müddətli ucuzlaşmadan sonra neft yenidən bahalaşmağa başlayıb. İstiPress-in məlumatına görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,41 dollar bahalaşaraq 68,19 dollar olub. “Layt” markalı neftin bir barrelinin qiyməti isə 0,49 dollar artaraq 62,22 dollar təşkil edib.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 69,86 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin ən aşağı qiyməti 2001-ci ildə qeydə alınmışdı - 19 dollar, 2008-ci ildə isə maksimal qiymət qeydə alınıb -  149 dollar.