Türkmənistan Xəzər neftini mənimsəmək üçün 600 milyon dollar axtarır

09 Yanvar, 2017 15:00 | İqtisadiyyat | Baxış sayı: 63
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb

Türkmənistan neft layihəsi üçün $ 600 mln. axtarır

Türkmənistan Xəzər dənizindəki “Dəmirqazıx Qoturtəpə” yatağının işlənilməsi üçün xarici investorlarla danışıqlar aparır. İstiPress “Rambler.ru” saytına istinadən xəbər verir ki, bu barədə Türkmənistanın baş nazirinin müavini Yakşıgeldi Kakayev bildirib.

Geoloji kəşfiyyat məlumatlarına görə, yataqda karbohidrogen ehtiyatları çoxdur. Bununla əlaqədar “Türkmənneft” dövlət konserni yatağın işlənməsi üçün layihə təqdim edib. Hazırlıqlara başlamaq üçün 600 milyon dollar tələb olunur.

İlkin hesablamalara görə, yatağın neft ehtiyatları 38.5 milyon tondan 87.3 milyon tona qədər artırılması nəzərdə tutulur. Proqnozlara görə, yaxın yeddi ildə yataqda 6.855 milyon ton neft hasil oluna bilər