Azərbaycanda gözəllik salonları və bərbərxanalar bu tarixə kimi işləməyəcək

08 Dekabr, 2020 16:59 | İqtisadiyyat | Baxış sayı: 95
Bərbər
Bərbər

Sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə gözəllik salonları və bərbərxanaların fəaliyyətinə icazə verilmir. 

İstiPress-in məlumatına görə, bu xidmətlər Nazirlər Kabineti yanında operativ qərargahın qərarında  xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələr siyahısında yer almayıb. 

Qeyd edək ki, bu gün verilən qərara əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar 06:00-dək uzadılıb. 

14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.