Ruslar ermənilərin arzusunu ürəklərində qoydu

08 Dekabr, 2017 12:20 | İqtisadiyyat | Baxış sayı: 299
Qırmızı kürü
Qırmızı kürü

Sahibkarların kürüsü əllərindən alındı

Yarım ton erməni kürüsü Rusiyaya buraxılmadı. İstiPress-in məlumatına görə, kürü farel balığının olub. "Rosselxodnadzor"un əməkdaşları kürünü Vnukova hava limanında tutublar. 

Erməni sahibkarlar bu delikates məhsulu Rusiya paytaxtında satmaqla qazanc əldə etmək istəyiblər. Qırmızı kürü varlı moskvalıların yeni il süfrəsinin ayrılmaz atributudur. Lakin ermənilərin varlanmaq arzuları ürəklərində qalıb. 

Erməni məhsulu Moskvaya daxil olmağa imkan tapmamış müsadirə edilib. Qırmızı kürünün Avrasiya İqtisadi Şurasının balıq və balıq məhsullarının təhlükəsizliyi reglamentinə əsasən nəzərdə tutulan heç bir sənədi olmayıb. 

Nəticədə ermənilərə ciddi ziyan dəyib. Pulsuz öz vətənlərinə qayıdan kimi isə yəqin ki, bu sahibkarlar da dərhal ittifaqdan çıxmağı tələb edənlərin sırasına qoşulacaqlar.