Putin özünün maaşını artırdı
Ötən gün 67 yaşını qeyd edən Rusiya prezidenti Vladimir Putin özünün və baş nazir Dmitri Medvedevin maaşını artırıb. Dövlət başçısı bu barədə sərəncam imzalayıb. Sərəncama görə, onların aylıq əmək haqqı oktyabrın 1-dən 4,3% faiz yüksəlib.
Eyni sərəncamla nazirlərin, Federal Təhlükəsizlik Bürosu, Milli Qvardiya, Daxili Kəşfiyyat İdarəsi, MSK rəhbərlərnin də əmək haqqı artırılıb.
Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri peskovun sözlərinə görə, prezident və baş nazirin maaş artımı planlı xarakter daşıyıb.