Bağlanan banklarda 17 minə qədər pulu batanlara müjdə

08 Oktyabr, 2019 08:58 | İqtisadiyyat | Baxış sayı: 140
Manat
Manat

11 bankda olan qorunmayan əmanətlərin qaytarılmasına gələn həftədən başlanılır

"Oktyabrın 16-dan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər. Yəni, müfis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə o zaman həmin vəsait qaytarılacaq". İstiPress-in məlumatına görə, bunu iqtisadçı, ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, iki həftə öncə qorunmayan əmanətlərin qaytrarılacağı haqda sosial şəbəkə statusunda məlumat vermişdi. Daha sonra bu rəsmi olaraq təsdiqləndi. Proses ilə bağlı ən çox verilən suallar hansı müflis olmuş banklarda olan vəsaitin qaytarılması və hansı bank vasitəsi ilə ödənilməsi barədədir.

"Hansı banklarda olan qorunmayan əmanətlər qaytarılacaq? Ləğv prosesində olan “Atrabank”, “Royalbank”, “Kredobank”, “Zaminbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Bank Standard”, “Yunayted Kredit Bank”, “Texnikabank”, “Dəmirbank” və “Gəncəbank”-da olan məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər qaytarılacaq.

Qorunmayan əmanəti almaq üçün hansı banka müraciət etmək lazımdır? Kompensasiya “Kapitalbank” vasitəsi ilə qaytarılacaq və bu haqda fond əlavə məlumat verəcək".

Ekspert qeyd edib ki, ilkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq.

Qeyd edək ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmirdi. Bu baxımdan həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi.