"Fitch"dən neftlə bağlı bəd xəbər

08 Sentyabr, 2020 15:22 | İqtisadiyyat | Baxış sayı: 50
Neft tankeri
Neft tankeri

“Fitch” beynəlxalq reytinq agentliyi dünya bazarında "Brent" markalı xam neftin uzunmüddətli dövrdə ucuzlaşacağını proqnozlaşdırır.

İstiPress-in məlumatına, bu barədə Agentliyin açıqladığı “Golbal Economic Outlook – 2020” hesabatının sentyabr sayında bildirilir.

Xatırladaq ki, “Fitch” iyunda “Brent” neftinin 1 barelinin 2020-ci il üçün orta qiymətinə dair proqnozunu 35 ABŞ dollarından 41 ABŞ dolllarına qaldırmışdı. 

“Bununbla belə, biz uzunmüddətli dövr üçün bir qədər də aşağı qiymət müşahidə edirik və 2022-ci il üzrə minimal qiymət proqnozumuzu 53 ABŞ dollarından 50 ABŞ dollarına endirmişik", - deyə hesabatda qeyd olunub.