Bütün "Land Rover"lər dəyişir

08 Sentyabr, 2017 09:12 | İqtisadiyyat | Baxış sayı: 339
Land Rover
Land Rover

Benzinli maşın əsri bitir

2020-ci ildən dünyanın ən bahalı maşınlarından hesab edilən "Land Rover"lər bütünlüklə dəyişəcək. İstiPress-in məlumatına görə, İngiltərənin ən böyük avtokonserni olan "Jaguar" 2020-ci ildən etibarən bütün yeni modellərini elektrikli və hibrit formada təqdim edəcək. 

Ötən il Hindistanın "Tata Motors" şirkəti tərəfindən satın alınan "Jaguar" Britaniyadakı 1.7 milyon maşından 550 minini istehsal edib. 

Şirkət daxili bazar üçün nəzərdə tutulan modelləri istehsal etmək üçün ilk növbədə hökumətdən dəstək almağın lazım olduğunu açıqlayıb. 

Qeyd edək ki, İngiltərə ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq məqsədi ilə 2040-cı ilə kimi bütün yanacaqla işləyən maşınların satışını qadağan etməyi planlaşdırır. Hökumətin bu qərarı avtomobil istehsalçılarını yeni modellər üzərində işi daha sürətləndirməyə sövq edib.

"Jaguar Land Rover" ilk elektrikli maşınını 2016-cı ildə bazara çıxarıb.