Türkiyədə daha iki güclü zəlzələ - xəsarət alanlar var

08 Avqust, 2019 18:59 | İqtisadiyyat | Baxış sayı: 100
Zəlzələ
Zəlzələ

İlk zəlzələ 4.2, ikincisi isə 6.5 bal gücündə olub

Türkiyənin Dənizli vilayətində ard-arda iki zəlzələ olub.

İstiPress-in məlumatına görə, ilk zəlzələ 4.2, ikincisi isə 6.5 bal gücündə olub.

Vilayətin Bozqurd rayonunda 6 dəqiqə ara ilə qeydə alınan zəlzələlərdə bəzi yaşayış evləri və obyektlər dağılıb.

Bozqurd bələdiyyəsinin sədri Birsen Çəlik bildirib ki, təbii fəlakət nəticəsində ölən yoxdur: "Zəlzələ sarsıdıcı və uzun müddət - 20-30 saniyə davam etdi. Xidməti otağımın divarı da uçub… Ölən yoxdur. Bir neçə yaralının olduğu bildirilir. Uçan evlər və onların altında qalanlar var".

Son məlumatlara görə, zəlzələ nəticəsində 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Virtualaz.org xatırladır ki, bu gün səhər Türkiyənin İzmir əyalətində də 5,1 bal gücündə zəlzələ baş vermişdi.

Yeraltı təkanlar İzmirin Seferhisar rayonu ətrafında qeydə alınmışdı.