"Samsung"dan yeni smatrfon - 2300 manat FOTO

08 Avqust, 2019 09:54 | İqtisadiyyat | Baxış sayı: 208
Yeni smatrfon
Yeni smatrfon

Yeni smartfonların satışı ayın sonundan başlayacaq

Smartfon bazarının ən öndə gedən simalarından olan "Samsung" iki yeni flaqmanını təqdim edib - "Galaxy Note 10" və "Galaxy Note 10+". Təqmdimat ötən gün Nyu-Yorkda baş tutub. 

"Galaxy Note 10"nun ekranı 6,3 düyümdür. 10+ modelində isə cüzi fərq var - 6,8. Lakin bu smartfon ailəsinin ən böyüyü hesab edilir. 

Hər iki model 4 modeullu əsas kamera və frontal kamera ilə təhciz edilib. Lakin "Galaxy Note 10+"da həm də 3D kamera da quraşdırılıb. 

"Note+"da operativ yaddaş 12 gb, "Note 10"da isə 8 gb-dır. Bundan başqa hsər iki telefonun yaddaşlarını 256 giqabayta kimi artırmaq mümkündür. 

Yeniliklərin elektrik yığımı da ən sürətli formada olacaq. Tam enerji yığımı üçün cəmi yarım saat kifayətdir. 

Qadcetlər magazalarda dörd rəngdə satışa çıxarılacaq - aura (gümüşü), ağ, qara və qırmızı. Satış 23 avqustdan "Samsung" magazalarında və şirkətin saytından başlayacaq. Yeni smartfonların qiyməti isə 2000-2300 manat arasında dəyişəcək.