Ermənilərdən Rusiyaya qarşı hava təxribatı

08 Avqust, 2019 10:21 | İqtisadiyyat | Baxış sayı: 104
xw_1234488
xw_1234488

"Pobeda" Gümriyə uçmaqdan imtina edir

Rusiyanın "Pobeda" hava yolları Ermənistana Gümri şəhərinə uçmaqdan imtina edir. Uçuşların dayandırılmasına səbəb isə yanacaq problemidir. Belə ki, aviaşirkət rəhbərliyi hava limanın işçilərindən narazıdır. Rəhbərliyin məlumatına görə, bu hava limanında təyyarəyə yanacaq natamam şəkildə vurulur. Yəni faktiki olaraq yanacaq oğurlanır. Bu isə uçuş təhlükəsizliyinə ciddi təsir edə bilər. 

Hava limanının işçilərinin müdafiəsinə baş nazir Nikol Paşinyanın müşaviri Akop Çaqaryan qalxıb. O bildirib ki, yanacaq oğurluğu ittihamı əsassızdır. Bunu isə “Pobeda”dan başqa heç bir şirkətin şikayət etməməsi ilə əsaslandırıb. Görünür müşavir unudub ki, Gümrü hava limanı beynəlxalq deyil və orda reyslər tək-tük olur. 

Çaqaryan həm də təyyarədə yanacaq səviyyəsini ölçən avadanlıqların işini də şübhə altına alıb.  “Yerli şirkətlər uçmalıdır, əcnəbilər yox” deyə o bildirib.

Uçuşa üçün isə təyyarə lazımdır. Lakin Ermənistanın boşalan büdcəsində onları almağa pul yoxdur. 

İndi Gümrü sakinləri Moskvaya çatmaq üçün ya İrəvan, ya da Tiflisə getməli olacaqlar. Amma ən əsası oldur ki, Rusiya aviaşirkəti ilə ermənilər arasında qalmaqal iki ölkənin münasibətlərində daha bir çatın yaranması deməkdir.