Azərbaycan 144 milyard dollar alıb

08 Avqust, 2019 19:39 | İqtisadiyyat | Baxış sayı: 151
Milyard dollar
Milyard dollar

5.16 milyard dollar bu il əldə edilib

Azərbaycan Dövlət Neft Fondu (ADNF) 2001-ci ildən bu il avqustun 1-nə qədər «Azəri-Çıraq-Günəşli» (AÇQ) neft yataqları blokunun işlənməsindən 143.366 milyard ABŞ dolları gəlir əldə edib. 

İstiPress-in məlumatına görə, bu gün avqustun 8-də Fondun yaydığı açıqlamada belə bildirilir. Gəlirin 5.16 milyard dolları bu il əldə olunub.

Bundan başqa, ADNF-ə 2017-ci ildən etibarən «Şahdəniz» yatağı üzrə qazın satışından 2.703 milyard dollar daxil olub. Bunun isə 209 milyon dolları bu ilin payına düşüb.Beləliklə, Fond indiyə qədər neft-qaz layihələrindən 146.069 milyard dollar gəlir əldə edib.

Bu il iyunun 30-na olan məlumata görə, Fondun aktivləri 42.464 milyard ABŞ dollarına bərabərdir.