“Moody’s”dən Azərbaycan iqtisadiyyatı üçün xoş xəbər

08 Avqust, 2018 18:18 | İqtisadiyyat | Baxış sayı: 78
Neftçi
Neftçi

“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini gözləyir.

İstiPress-in məlumatına görə, bu barədə agentliyin hesabatında deyilir.

Agentliyin analitikləri 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,5 faiz, 2019-cu ildə 3 faiz təşkil edəcəyini proqnozlaşdırırlar: “Əlverişli xarici mühit - 2017-ci ildə neft qiymətlərinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxardı. Biz gözləyirik ki, Azərbaycanda ümumi daxili məhsulun artımı 2018-ci ildə 1,5 faiz, 2019-cu ildə 3 faiz artacaq. Bu, neft qiymətlərinin artmasının davam etməsi ilə və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”.