Dolların qiyməti düşdü

08 Avqust, 2017 16:27 | İqtisadiyyat | Baxış sayı: 270
Dollar
Dollar

Sabaha olan məzənnə açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 9-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "İstiPress"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7007 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirakı ilə keçirilən hərracda manatın ortaçəkili məzənnəsi 1,7007 səviyyəsində formalaşıb.

AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7008 səviyyəsində müəyyən edib.