Paşinyan 8 mayı bayram elan etdi

08 May, 2018 11:00 | İqtisadiyyat | Baxış sayı: 187
İrəvanda mitinq
İrəvanda mitinq

Bu gün heç kimin işə getməməsi gərəkdiyini deyib

Bu gün yenidən baş nazir seçməyə cəhd edəcək Ermənistanda qeyri-iş günü elan edilib. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu elanı posta iddialı olan Nikol Paşinyan verib. Müxalifət lideri tərəfdarlarına yenə müraciət edib. 

Xatırladaq ki, bu gün İrvanda, parlamentdə ikinci dəfə baş nazir seçkisi baş tutacaq. Ötən həftəki seçki zamanı deputatların böyük əksəriyyəti paşinyanın namizədliyini dəstəkləməyib, onun bu vəzifə öhdəliklərini daşımağa hazır olmadığı qənaətinə gəlmişdilər.

Vəzifəyə seçilə bilməyən Paşinyan erməniləri küçələrə səsləyərək, əsas yollağı bağlama çağırışı edib. Bundan sonra hava limanının işində ciddi problemlər yaranmışdı.

Erməni qanunvericiliyinə görə, parlament iki cəhddən baş naziri seçə bilməsə, istefa verir və növbədənkənar seçki təyin edilir.