Neft yenə bahalaşır

08 Aprel, 2020 11:54 | İqtisadiyyat | Baxış sayı: 104
Neft
Neft

19 dollara kimi düşən neftin qiyməti bu gün 32 dollara çatdı

Dünya birjalarında neftin qiyməti bahalaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar artaraq 32,49 dollara çatıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,20 dollar bahalaşaraq 24,83 dollar təşkil edib.

Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,49 dollar artaraq 23,97 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 1-də minimuma enərək 16,53 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.