İranda zəlzələ oldu

08 Mart, 2020 16:34 | İqtisadiyyat | Baxış sayı: 105
Zəlzələ
Zəlzələ

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Sərdəşt rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

İstiPress-in məlumatına görə, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 13:17-də 9 km dərinlikdə qeyd alınıb.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, 23 fevralda İranın Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələdə 109 nəfər yaralanmışdı.