Azərbaycan nefti bahalaşıb

08 Mart, 2019 12:57 | İqtisadiyyat | Baxış sayı: 66
Neftçi
Neftçi

Xam neftin 1 barelinin qiyməti 0,25 dollar qalxıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,25 dollar və yaxud 0,37% artıb.

İstiPress-in məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 67,23 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.