Ruslar ermənilərin zəhərli çiyələklərini bəyənmədilər

08 Mart, 2018 11:10 | İqtisadiyyat | Baxış sayı: 151
Çiyələk
Çiyələk

Həşaratlarla dolu olan meyvə geri qaytarılıb

Ermənilər rusları zəhərləmək istəyinin qarşısı alınıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Ermənistandan bu ölkənin şimal paytaxtı hesab edilən Sankt Peterburqa 250 kq çiyələk aparılıb. Lakin Pulkova hava limanında giləmeyvənin sahibini fitosanitar idarənin əməkdaşları qarşılayıblar. 

Yoxlama zamanı meyvələrdə həşəratlar aşkar edilib. Labaratoriya aparılan yoxlamalar zamanı da onların tərkibində sağlamlıq üçün təhlükəli olan zərərvericilərin olduğu təsdiqlənib. 

Nəticədə erməni istehsalı olan 250 kq çiyələk üzərindəki zərərvericilər, həşəratlarla birlikdə geri qaytarılıb.