Daha 2 jurnalistə vəzifə verildi - FOTO

08 Fevral, 2019 15:31 | İqtisadiyyat | Baxış sayı: 131
Məmur kreslosu
Məmur kreslosu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daha 2 jurnalistə vəzifə verildi.

İstiPress-in məlumatına görə, bu barədə Nazirliyin mətbuat xidmətinin başçısı Fazil Talıbov bildirib. 

Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi vəzifəsinə Aynur Osmanqızı, nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin mətbuat katibi vəzifəsinə isə Gülnar Əzizova təyin ediliblər.

Hazırki vəzifəsinə qədər A.Osmanqızı “REPORT” İnformasiya Agentliyinin müxbiri, G.Əzizova isə CBC telekanalında “Xəbər” proqramının aparıcısı və müxbiri kimi fəaliyyət göstərib.

Aynur Osmanqızı
Aynur Osmanqızı
Gülnar Əzizova
Gülnar Əzizova