Günə artımla başlayan neft ucuzlaşdı

08 Yanvar, 2019 10:53 | İqtisadiyyat | Baxış sayı: 25
Neft
Neft

"Qara qızıl"ın qiyməti 0,09 faiz düşüb

Dünya birjalarında neftin qiyməti azalıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,09 dollar ucuzlaşaraq 57,24 dollara sataılır.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,04 dollar azalaraq 48,48 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti son olaraq 1,93 dollar bahalaşaraq 58,27 dollara çamışdı.